Neft bahalaşır, Brent bir barel üçün $87,03 təşkil edir

09:35 - 1.09.2023


1 sentyabr, Fineko/abc.az. Neftin etalon markalarının  qiymətləri Cümə günü hərracda bir gün əvvəl kəskin yüksəlişdən sonra yüksəlir.

London İCE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09: 30 – a qədər $0,20  (0,23%) artaraq bir barel üçün $87,03-a çatıb. Avqustun 31 - də Brent markalı neftin noyabr fyuçersləri $1,59 (1,87%) artaraq bir barel üçün $86,83-a çatıb.

Saat 09:30-a qədər Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində   WTI neftinun oktyabr  fyuçerslərinin dəyəri $0,15 (0,18%) artaraq bir barel üçün $83,78-a çatdı. Avqustun 31 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $2,00 (2,45%) artaraq bir barel üçün $83,63-a çatıb.