16:28 - 31.08.2023
31 avqust, Fineko/abc.az. Bu gün Azərbaycan üçün tarixi əhəmiyyətə malik bir tədbir - "Abşeron" qaz-kondensat yatağından ilk qazın verilməsi mərasimidir.
ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkəsində yazıb.
"Abşeron" qaz-kondensat yatağının fəaliyyəti ölkəmizin enerji potensialının reallaşdırılmasına, Azərbaycan qazının beynəlxalq bazarlara çatdırılmasına və ölkəmizin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcək. Bu əlamətdar hadisədə əməyi olan hər kəsə təşəkkür edir və uğurlar diləyirik", - nazir qeyd edib.