11:27 - 31.08.2023
31 avqust, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə müəssisəsi - “Caspian Engineering Procurement and Construction” MMC adını dəyişib.
ABC.AZ Report-a istinadən xəbər verir ki, şirkət artıq “SOCAR Projects” adlanır.
Xatırladaq ki, “Caspian Engineering Procurement and Construction” 2021-ci ildə yaradılıb. Onun hüquqi ünvanı SOCAR-ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 73, nizamnamə kapitalı isə 10 min manat, qanuni təmsilçisi isə Fərid Məzahir oğlu Hacıyevdir.