09:35 - 31.08.2023
31 avqust, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti cümə axşamı keçirilən hərracda sabitdir.
London İCE Futures birjasında Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti saat 09:30 – a qədər $0,02 (0,02%) azalaraq bir barel üçün $85,22-a düşüb. Avqustun 30 - da Brent markalı neft fyuçersləri noyabr ayı üçün $0,33 (0,39%) artaraq bir barel üçün $85,24-a çatıb.
Saat 09:30-a qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri bir barel üçün $81,63 səviyyəsində qalır. Avqustun 30 - da aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,47 (0,58%) artaraq bir barel üçün $81,63-a çatıb.