Azərbaycanın bu ölkəyə qaz ixracı artıb

16:15 - 30.08.2023


30 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində Yunanıstan Azərbaycandan 1,020 milyard kubmetr qaz idxal edib.

ABC.AZ xəbər verir ki, bu barədə  Avropa İttifaqının (Aİ) statistika idarəsi olan “Eurostat”dan bildiriblər.

Sözügedən məlumatda qeyd edilib ki, iyun ayında idxal may ayındakı 163 milyon kubmetr qazla müqayisədə 7,1 faiz artım nümayiş etdirərək, 174,6 milyon kubmetr olub.

Yunanıstanın Azərbaycandan təbii qaz alışına çəkdiyi xərclərin ümumi məbləği 2023-cü ilin ilk altı ayı ərzində 523,8 milyon avro olub.

İyun ayında xərclər may ayındakı 68,8 milyon avro ilə müqayisədə 58 milyon avro olub (15,7 faiz azalma).

Müəllif: Elmir Murad