“Qazprom”un xalis mənfəəti ilin birinci yarısında - 8 DƏFƏ AZALIB

12:22 - 30.08.2023


30 avqust, Fineko/abc.az. Rusiyanın enerji şirkəti “Qazprom”un xalis mənfəəti ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 88 faiz azalaraq, 296 milyard rubla (təxminən 3 milyard dollar) bərabər olub. Bununla belə, şirkət ilin birinci yarısında 4,1 trilyon rubl (təxminən 43 milyard dollar) gəlir əldə edib.

ABC.AZ xəbər verir ki, bu barədə “Qazprom” açıqlama yayıb.

Xalis mənfəətin azalmasının səbəbinin dollar və avroya qarşı rublun dəyərdən düşməsi olduğu vurğulanıb.