11:02 - 29.08.2023
29 avqust, Fineko/abc.az. Azərbaycan əhalisinin ən çox hansı karqo şirkətlərini seçdiyi məlum olub.
ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Business Insight şirkətinin araşdırmasına görə, ən çox alış-veriş saytlarının öz karqosu seçilir (29%).
Sıralamada ikinci Expargo (22%), üçüncü Starex (17%) və dördüncü isə Limax-dır (14%). Expargo 16-24 yaş qrupu tərəfindən daha çox seçilir.
Bakı ərazisində yaşayanlar Limak (18%) və Starex (21%) kargo şirkətlərini daha çox seçdikləri halda, digər bölgələrin sakinləri Expargo’nu (27%) seçirlər.
Hansı kargo şirkətini seçəcəyi haqqında fikri olmayanlar daha çoxdur (56%).
Seçilməyən kargo şirkətlərinin ilk pillələrində Mover.az (10%) və 166 Kargo (10%) şirkətləri gəlir.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026