09:40 - 28.08.2023
28 avqust, Fineko/abc.az. Bazar ertəsi tenderlərdə neftin etalon markalarının qiymətləri zəif yüksəlir.
London İCE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti saat 09:20 – dək $0,05 (0,06%) artaraq bir barel üçün $84,53-a çatıb. Avqustun 25 - də Brent markalı neftin oktyabr ayı üçün fyuçersləri bir barel üçün $1,12 (1,34%) artaraq $84,48-a çatıb.
Saat 09:20-dək Nyu – York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI neftinin oktyabr fyuçerslərinin dəyəri $0,11 (0,14%) artaraq bir barel üçün $79,94-a çatdı. Avqustun 25 - də aparılan hərracların nəticələrinə görə, WTI neftinin oktyabr fyuçerslərinin qiyməti $0,78 (0,99%) artaraq bir barel üçün $79,83-a çatıb.
Ötən həftə Brent markalı neft 0,38%, WTI nefti isə 1,03% ucuzlaşıb.