10:40 - 24.08.2023
24 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 97,3 min ton polietilen ixrac olunub.
Dövlət Gömrük Komitəsindən (DGK) ABC.AZ-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 100,3 milyon dollar təşkil edib.
Qeyd edək ki, 2022-ci ilin eyni aylarında 83,5 milyon dollarlıq 60,6 min ton polietilen ixrac olunub.
18 Avqust 2026