"Yandex Market" öz brendi altında mebel istehsal etməyə başlayıb

12:29 - 22.08.2023


22 avqust, Fineko/abc.az. "Yandex Market" öz brendi altında mebel istehsal etməyə başlayıb.

ABC.AZ xəbər verir ki, divanlar və çarpayılar artıq saytda mövcuddur.

Layihə IKEA-nın keçmiş menecerlərindən ibarət komanda tərəfindən hazırlanıb. Malların dəyəri orta qiymət seqmentindədir.

2025-ci ilin sonuna qədər şirkət çeşidini 3000-ə çatdırmağı planlaşdırır.