Süd və qaymaq idxalında artım olub

16:19 - 21.08.2023


21 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul ayında süd və qaymaq idxalında artım olub

Bu barədə ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir.

 Belə ki, yeddi ayda 7065 ton süd və qaymaq idxal edilib.

İdxalın dəyəri 14,8 milyon dollar olub. Ötən ilin müvafiq dövründə dəyəri 9,3 milyon dollar olan 5744 ton süd idxalı həyata keçirilib.