11:38 - 21.08.2023
21 avqust, Fineko/abc.az. Jacobs brendinin sahibi olan JDE Peet konserni Rusiyada Tassimo və Moccona brendləri altında məhsulların satışını dayandıracaq.
ABC.AZ rus metbuatına istinadla xəbər verir ki, Jacobs brendinin özü də ölkədən yox olacaq və Monarch brendi onu əvəz edəcək.
Monarch üçün Jacobs qlobal brend məhsul yenilikləri Rusiyaya göndərilməyəcək və şirkət Rusiyada Tassimo və Moccona da daxil olmaqla bəzi digər beynəlxalq markaların satışını dayandıracaq.
JDE Peet's Amerika-Hollandiya qəhvə və çay istehsalçısıdır. Dünyada 100-dən çox bazarda təqdim olunur. Şirkətin portfelinə Jacobs, Tassimo, L'Or, Douwe Egberts, Pickwick və Senseo kimi brendlər daxildir.
18 Avqust 2026