11:07 - 18.08.2023
18 avqust, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında ölkədən 13 milyard 413,7 milyon kubmetr təbii qaz ixrac edilib.
ABC.AZ Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən təbii qazın dəyəri isə 8 milyard 934,1 milyon ABŞ dolları olub.
Xatırladaq ki, 2022-ci ilin eyni aylarında Azərbaycandan 12 milyard 704,1 milyon kubmetr təbii qaz ixrac edilib, həmin ixracın dəyəri 8 milyard 219,9 milyon dollar olub.
25 Avqust 2026
25 Avqust 2026