10:40 - 9.08.2023
9 avqust, Fineko/abc.az. Artıq “Azercell” abunəçiləri “AzInTelecom” MMC tərəfindən yaradılmış SİMA-nın xidmətlərindən mobil internet olmadan da istifadə edə biləcəklər.
ABC.AZ quruma istinadla xəbər verir ki, bunun üçün sadəcə cihazda mobil data trafikini açıq saxlamaq kifayətdir.
Belə ki, abunəçinin balansında hər hansı məbləğ və aktiv internet paketi olmadığı halda belə SİMA mobil tətbiqinə giriş, qeydiyyat, imzalama və digər əməliyyatların icrası mümkün olacaq.
Bundan başqa, abunəçinin balansında aktiv internet paketi olarsa, yenə də SİMA mobil tətbiqinin xidmətlərindən istifadə zamanı internet balansından hər hansı çıxılma olmayacaq.
SİMA rəqəmsal imza ilə bağlı daha ətraflı məlumatı “AzInTelecom”un “157” Zəng Mərkəzi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
18 Avqust 2026
18 Avqust 2026
17 Avqust 2026