15:10 - 27.07.2023
27 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycanda spirtli və spirtsiz içkilərin ixracı 5,5 dəfə artıb.
ABC.AZ xəbər verir ki, bu "İxrac İcmalı"nın iyul sayında qeyd edilib.
Göstərilib ki, sözügedən dövrdə şəkər ixracı 53,1%, meyvə-tərəvəz ixracı isə 6,8% artıb. 2023-cü ilin yanvar-iyun ayları ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 13,1% artaraq 478,2 milyon ABŞ dolları təşkil edib.
Qeyri-neft/qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,1% artaraq 109,2 milyon ABŞ dolları təşkil edib.
18 Avqust 2026