10:05 - 27.07.2023
27 iyul, Fineko/abc.az. “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon ABŞ dolları olan istiqrazları standart bazar seqmentində Bakı Fond Birjasının (BFB) listinqinə daxil edilib.
ABC.AZ xəbər verir ki, diskontlu təmin edilməmiş, sənədsiz, adlı istiqrazların hər birinin nominaı dəyəri 1000 ABŞ dolları, sayı 1000 ədəd, tədavül müddəti 1 ildir.
28 iyul 2023-cü il tarixində Bakı Fond Birjasında “AzFinance İnvestisiya Şirkəti” QSC-nin ümumi dəyəri 1 milyon ABŞ dolları olan istiqrazlarının yerləşdirilməsi rəqabətli hərrac üsulu ilə həyata keçiriləcək.