Google şirkəti buna görə 338,7 milyon dollar təzminat ödədi

11:11 - 25.07.2023


25 iyul, Fineko/abc.az. ABŞ-ın federal məhkəməsi Google şirkətini 338,7 milyon dollar təzminat ödəməyə məcbur edib.

ABC.AZ-ın məlumatına görə, şirkət proqram təminatı istehsalçısının patent hüquqlarını pozduğuna görə təzminat ödəməli olub. 

Mövzu ilə bağlı qiymətləndirməsində bir Google sözçüsü, Google-un həmişə texnologiyanı müstəqil şəkildə inkişaf etdirdiyini iddia edərək, şirkətin qərara etiraz edəcəyini iddia edib. .

Nyu-Yorkda yerləşən "Touchstream" tərəfindən 2021-ci ildə açılan iddiaya görə, şirkətin qurucusu David Strober 2010-cu ildə videoları smartfon kimi kiçik bir cihazdan televizor kimi daha böyük cihaza "köçürmək" texnologiyasını icad edib.

Müəllif: Elmir Murad