16:03 - 20.07.2023
20 iyul, Fineko/abc.az. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Göygöl rayonunun Hacıkənd ərazisində fəaliyyət göstərən “Flaminqo” ailəvi istirahət mərkəzindən və “Laçın” kafesindən ətrafa tullantıların atıldığı və çirkab suların axıdıldığı müəyyən edilib.
Xidmət rəsmisi Xaliq Mirzəyev ABC.AZ-a bildirib ki, faktlarla bağlı “Flaminqo” istirahət mərkəzinin sahibi Elvir Qasımov və “Laçın” kafesinin sahibi Nicat Cəfərov barəsində akt və protokol tərtib olunub, qanunamüvafiq tədbir görülüb. Ərazilər tullantılardan təmizlənib.
“Gələcəkdə belə hallara yol verilməməsi üçün iaşə obyektlərinin sahiblərinə məcburi göstəriş verilib”, - deyə xidmət rəsmisi bildirib.
18 Avqust 2026