14:45 - 20.07.2023
20 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycandan Rusiyaya 552.3 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 44.6% və ya 170.3 milyon dollar çoxdur.
2022-ci ilin ilk 6 ayında Azərbaycandan Rusiyaya 382 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanla Rusiya arasında olan ticarət dövriyyəsi illik müqayisədə 37.7% və ya 592.2 milyon dollar artaraq 2 milyard 164.5 milyon dollara bərabər olub. Bu dövrdə Rusiyaya ümumi ixrac 621.1 milyon dollar, Rusiyadan ümumi idxal isə 1 milyard 543,4 milyon dollar təşkil edib.
18 Avqust 2026