10:45 - 20.07.2023
20 iyul, Fineko/abc.az. Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında 50,7 milyard dollarlıq razılaşmalar imzalanıb.
ABC.AZ xəbər verir ki, bu bardə Türkiyə hökumətindən bildirilib.
Qeyd edilib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın 19 iyul Birləşmiş Ərəb Əmirliklərinə səfəri münasibətilə, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında müxtəlif sahələrdə 13 sənəd imzalanıb və qəbul edilib.
Bu çərçivədə tərəflər Türkiyə prezidenti və Birləşmiş Ərəb Əmirlikləri prezidentinin sədrliyi ilə “Yüksək Səviyyəli Strateji Şura”nın yaradılması barədə razılığa gəliblər. "Sözügedən Birgə Sazişlə Birləşmiş Ərəb Əmirlikləri ilə əlaqələrimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilib", - məlumatda deyilir.
18 Avqust 2026
17 Avqust 2026