Çinlə Ukrayna arasında ticarət dövriyyəsi 31.2 faiz azalıb

14:57 - 19.07.2023


19 iyul, Fineko/abc.az. 2023-cü ilin ilk yarısında Çinlə Ukrayna arasında ticarət dövriyyəsi 31.2 faiz azalaraq 3.84 milyard dollara enib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Gömrük Komitəsi məlumat yayıb. Qeyd edilib ki,  Ukraynanın əsas ixracı isə ərzaq məhsulundan ibarət olub (11.7 milyard dollar).

Kiyev, həmçinin 2.1 milyard dollarlıq metal və metal məmulatları və 1.6 milyard dollarlıq maşın və avadanlıq ixrac edib.

Ukrayna əsas ixrac istiqamətləri olan Polşaya 2.7 milyard dollarlıq, Rumıniyaya 1.9 milyard dollarlıq, Çinə isə 1.6 milyard dollar mal göndərib.