Azərbaycanda kağız və karton istehsalı 18%-dən çox artıb

17:35 - 13.07.2023


13 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 83,3 milyon manat dəyərində kağız və karton  istehsal edilib.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kağız və karton istehsalı 12,8 milyon və ya 18,2% artıb.

2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 70,5 milyon manat təşkil edib.