14:46 - 13.07.2023
13 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Azərbaycan 104,722 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 15% azdır.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $30 milyon 396,5 min (azalma 63,8%) təşkil edib.
Bundan başqa, yanvar-aprel aylarında Azərbaycana $29 milyon 218,5 min dəyərində (artım 27%) 45,268 min ton mineral gübrə (artım 51,6%) idxal edilib.
18 Avqust 2026