Türkiyənin Azərbaycana geyim ixracı 39 milyon dolları keçdi

14:45 - 10.07.2023


10 iyul, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin Azərbaycana hazır geyim ixracı 39,8 milyon dollara çatdırılıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib. Məlumata görə, bu ötən ilin analoji dövrü ilə müqayisədə 35,7 faiz artım deməkdir.

İyun ayında Türkiyə Azərbaycana hazır geyim ixracatını 2022-ci ilin eyni ayı ilə müqayisədə 33,2 faiz artaraq 6,1 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz azalaraq, 10,1 milyard dollara bərabər olub.