Azərbaycan və Türkiyə arasında yeni gömrük güzəştləri tətbiq ediləcək

14:54 - 6.07.2023


6 iyul, Fineko/abc.az. Azərbaycan və Türkiyə arasında Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokolla 2 ölkə arasında əlavə yeni 15 növ sənaye və digər mallara gömrük güzəştləri tətbiq ediləcək. 

ABC.AZ xəbər verir ki, bunu deputat Əli Məsimli Milli Məclisin plenar iclasında deyib. Deputat qeyd edib ki, Preferensial Ticarət Sazişinə dəyişikliklə bağlı protokol bu ilin aprelində Türkiyənin Samsun şəhərində imzalanıb:

“Bu sazişlə əsas hədəfimiz iki ölkə arasında ticarət dövriyyəsi 15 milyard dollara çatdırmaq və qeyri-neft ixracını da artımaqdır. Bu saziş nəticəsində böyük təcrübə qazanaraq gələcəkdə qeyri-neft sektoru mallarının ixrac arialını genişləndirməyə imkan verəcək”.