12:20 - 6.07.2023
6 iyul, Fineko/abc.az. 2023-cü ilin may ayında dünya mərkəzi bankları valyuta ehtiyatlarından 27,4 ton qızıl satıb.
ABC.AZ xəbər verir ki, bu barədə məlumat Dünya Qızıl Şurasının (WGC) hesablamalarında öz əksini tapıb.
Hesabata əsasən, müqayisə üçün qeyd edək ki, aprel ayında yenilənmiş məlumatlara görə, satış 69,4 ton təşkil edib.
May ayında ən çox qızıl satan dövlət Türkiyə olub. Qardaş ölkə qızıl ehtiyatlarının 62,8 tonunu satıb. Mayda Özbəkistan 10,9 ton, Qazaxıstan 2,4 ton və Almaniyanın 1,8 ton ehtiyatları azalıb.
Həmin ay ərzində Polşa 19,9 ton, Çin 15,9 ton, Sinqapur 3,9 ton, Rusiya 3,1 ton, İraq 2,3 ton, Hindistan 1,9 ton, Çexiya 1,8 ton və Qırğızıstan isə 1,5 ton ehtiyata qızıl alıblar.
18 Avqust 2026