Bakıda yeni lombard şirkəti yaradılıb

17:13 - 4.07.2023


4 iyul, Fineko/abc.az. Bakıda yeni lombard şirkəti təsis edilib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “AG KREDO LOMBARD” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1406432901) 3 may 2023-cü il tarixində dövlət qeydiyyatına alınıb.

Şirkət Bakı şəhəri Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli , ev 82 ünvanında, 20 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatından keçib.

Şirkətin qanuni təmsilçisi Şamxal Qaraxanov Nazim oğludur.