16:03 - 24.06.2023
24 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 7,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.
Agentlikdən ABC.AZ-a daxil olan məlumata görə, “Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77 faizini təşkil edib. 2023-cü ilin may ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2023-cü ilin yanvar-may ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 2,2 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 1,7 milyon ABŞ dolları ilə Lüksemburq, 689,8 min ABŞ dolları ilə BƏƏ, 430,8 min ABŞ dolları ilə Almaniya və 363 min ABŞ dolları ilə Pakistan qərarlaşıb. 2023-cü ilin yanvar-may aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 851,3 milyon manat, yalnız may ayında isə 173,4 milyon manat dəyərində əməliyyat aparılıb.