Beş ayda ən çox ixrac həyata keçirən dövlətə məxsus şirkətlərimiz - Siyahı

15:48 - 24.06.2023


24 iyun, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, yanvar-may ayları üzrə Azərbaycanın ixrac potensialı, şirkətlərin siyahısı açıqlanıb.

ABC.AZ-ın məlumatına görə, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına isə “Azərenerji” ATSC  başçılıq edir.

Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, “ASK Tütün” MMC.