Beş ayda Azərbaycanın ən çox ixrac həyata keçirən şirkətləri - Siyahı

15:16 - 24.06.2023


24 iyun, Fineko/abc.az. “İxrac icmalı”nın iyun sayı təqdim edilib.

ABC.AZ-ın məlumatına görə, “İxrac icmalı”nda qeyri-neft sektoru üzrə 2023-cü ilin yanvar-may aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi təqdim olunub.

2023-cü ilin yanvar-may ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda "MKT İstehsalat Kommersiya” MMC qərarlaşıb. Daha sonra “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, üçüncü yerdə “Baku Steel Company” QSC, dördüncü pillədə “Best Logistik” MMC, beşdə “STP Global Cable” MMC, altıncı sırada Şirinov Elvin Valeh oğlu, yeddinci yerdə “My Fruit” MMC, səkkizinci “Lexus-Bakı” MMC, doqquzuncu yerdə isə “P-Aqro” MMC qərarlaşıb.

Müəllif:Elmir Murad