14:10 - 24.06.2023
24 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycanın ümumi ixracı 16,1 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 1,5 mlrd. ABŞ dolları təşkil edib.
Bu barədə ABC.AZ İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nın iyun sayına əsasən xəbər verir.
Qeyd olunur ki, qeyri-neft sektoru üzrə ixrac 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 22,1% artıb. 2023-cü ilin yanvar-may ayları ərzində yeyinti məhsulları üzrə ixrac 334,4 milyon ABŞ dollarına bərabər olub.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026