Həkimlərin dərman firmaları ilə sövdələşməsinə son qoyulur? - VİDEO

11:17 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Həkimlərin dərman firmaları ilə sövdələşməsinə nəzarət gücləndiriləcək.

ABC.AZ Xəzər TV-yə istinadən xəbər verir ki, Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, millət vəkili Müşfiq Məmmədli deyib.

Onun sözlərinə görə bununla bağlı  "Dərman vasitələri haqqında "Qanuna dəyişiklik nəzərədə  tutulur.

Millət vəkili bildirib  ki, reseptlərin elektron formada yazılmasına imkan verən sistemin tətbiqi  sui-istifadə hallarının qarşısı alacaq.

Qeyd edək ki, reseptdə dövlət reyestrinə daxil edilməyən dərman vasitəsinin yazılması da qadağan ediləcək.