Azərbaycanın xaricə alma satışı 78 faiz artıb

17:00 - 21.06.2023


21 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may ayında Azərbaycandan 20 milyon 905 min dollar dəyərində 32 282 ton alma ixrac olunub.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, bu, barədə Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycandan 12 milyon 43 min dollar dəyərində 18 118 ton alma ixrac olunmuşdu.

Beləliklə, alma ixracı dəyər ifadəsilə 74%, miqdar ifadəsilə 78% artıb.