11:39 - 20.06.2023
20 iyun, Fineko/abc.az. Azərbaycanda müasir dövlət qulluğu sistemi formalaşmış, dövlət qulluqçularının peşəkarlığının artırılması və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə zəruri addımlar atılıb.
ABC.AZ xəbər verir ki, 2023-cü il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27.1 min nəfər olmuşdur ki, onların da 29.4 faizini qadınlar təşkil edir.
Dövlət qulluqçularının 7.1 faizi dövlət orqanlarında inzibati vəzifələrin ali – 3-cü təsnifatları, 3.5 faizi 4-cü təsnifatı, 11.3 faizi 5-ci təsnifatı, 8.3 faizi 6-cı təsnifatı, 47.1 faizi 7-ci təsnifatı, 22.7 faizi isə dövlət qulluğunun yardımçı vəzifələri üzrə işləyib.
Dövlət qulluqçularının 7.9 faizi 1 ilədək, 24.1 faizi 1 ildən 5 ilədək, 22.9 faizi 5 ildən 10 ilədək, 18.4 faizi 10 ildən 15 ilədək, 26.7 faizi isə 15 il və daha çox qulluq stajına malikdir.
2022-ci ildə dövlət qulluqçularının orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 40.1 faiz artaraq 1785.1 manat təşkil edib.
7 Avqust 2026
7 Avqust 2026
7 Avqust 2026