İctimai iaşə dövriyyəsi 25 faizdən çox artıb

17:20 - 13.06.2023


13 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında ictimai iaşə dövriyyəsi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 25,9% artaraq 743,3 milyon manat olub.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a daxil olan məlumata görə, özəl sektorda ictimai iaşə dövriyyəsinin 50,7%-i hüquqi şəxslərin, 49,3%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin payına düşür.

Hüquqi şəxslər üzrə dövriyyə 2022-ci ilin yanvar-may ayları ilə müqayisədə 28,4% artaraq 372,9 milyon manat olub.