10:44 - 12.06.2023
12 iyun, Fineko/abc.az. Çinin Kibertəhlükəsizlik Təşkilatı vətəndaşların qısa mənzilli internet şəbəkələrindən istifadəsini məhdudlaşdıran qanun layihəsini dərc edib. Bunlara Wi-Fi, Bluetooth, Air Drop və cihazlar arasında oxşar simsiz rabitə və fayl ötürmə texnologiyaları daxildir.
ABC.AZ xarici mediaya istinadən xəbər verir ki, qanun layihəsi xidmət təminatçılarından bu cür şəbəkələr vasitəsilə dövriyyədə olan məlumatlara nəzarət etmək və qeyri-qanuni məzmunun yayılmasının qarşısını almaq üçün sistemlər tətbiq etməyi tələb edir.
Bundan əlavə, qanun layihəsi cihazların şəbəkələrə avtomatik qoşulmasına qadağanın tətbiqini, eləcə də hər bir qoşulma zamanı cihaz sahiblərinin şəxsi məlumatlarının şəbəkə operatorlarına məcburi şəkildə ötürülməsini nəzərdə tutur.
19 Avqust 2026
19 Avqust 2026
18 Avqust 2026