16:28 - 7.06.2023
7 iyun, Fineko/abc.az. Müstəqil ötürücü operator olan ICGB Yunanıstan-Bolqarıstan qaz boru kəməri üçün aparıcı sığorta şirkətini seçib.
ABC.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
"DZI - General Insurance EAD" IGB-nin istismara verilmə mərhələsində qaz kəmərinin fəaliyyətinin sığortalanmasına görə cavabdehlik daşıyacaq.
Sığorta polislərinin bütün növləri üzrə ümumi sığorta ödənişi, 12 aylıq ilkin müddət başa çatmazdan əvvəl müddətin 24 ayadək uzadılması imkanı daxil olmaqla 2 650 044 avro təşkil edir.