Çinin ixracı ilə bağlı gözləntilər zəifləyib

11:17 - 7.06.2023


7 iyun, Fineko/abc.az. Çinin ixrac və idxalı may ayında zəifləyib. 

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, bu barədə hökumətdəki mənbələrdən bildirilib.

Məlumata görə, Çin ixracatı ötən illə müqayisədə 7,5% azalaraq iqtisadçıların 0,4%-lik proqnozlarını üstələyib.

İdxal isə illik müqayisədə 4,5% azalaraq gözləntilərdən geri qalıb.

Qeyd edək ki, iqtisadçıların gözləntiləri idxalın 8% azalacağı idi.

Bununla yanaşı ticarət profisiti gözləntilərdən aşağı düşərək 65,81 milyard dollar təşkil edib.