“AMAY” ticarət mərkəzinin "taleyi" necə olacaq?

16:46 - 6.06.2023


6 iyun, Fineko/abc.az. Bakının Xətai rayonunda yerləşən “AMAY” ticarət mərkəzinin binasından küçədən keçən vətəndaşın və avtomobilin üzərinə daş parçası düşüb. Nəticədə vətəndaş çiynindən xəsarət alıb və avtomobilə ziyan dəyib. 

ABC.AZ “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında bloqer İlkin Babayev məlumat verib. 

O qeyd edib ki, “AMAY” ticarət mərkəzinin yerləşdiyi bina potensial ölüm mənbəyidir: “Bina günü-gündən, baxımsızlıqdan sözün əsl mənasında dağılır. Bu gün gözümüzün önündə, şəkildə işarələnən yerdən daş düşərək, altdan keçən adamın çiynini və bir maşını əzdi. Həmin şəxsi ölümdən bir neçə saniyə ayırdı. 

Hörmətli müvafiq qurumlar, nə qədər ölüm-itim olmayıb, xahiş edirəm, nələrsə edin!”

Problemlə əlaqədar Fövqəladə Hallar Nazirliyindən bildirildi ki, artıq əraziyə baxış keçirilib: “Qeyd olunan obyektə FHN-in mütəxəssisləri tərəfindən baxış keçirilib. Müəyyən olunub ki, binanın divarına vurulan üzlük aqlay daşları qoparaq piyadaların yoluna tökülür. Faktla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb”.