Türkiyənin hazır geyim ixracı azalıb

14:03 - 6.06.2023


6 iyun, Fineko/abc.az. 2023-cü ilin yanvar-may aylarında Türkiyənin hazır geyim ixracı azalıb.

ABC.AZ-ın Türkiyə Ticarət Nazirliyinə istinadən xəbərinə görə, qardaş ölkənin geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalaraq 8,4 milyard dollara bərabər olub.

“Bu ilin may ayında Türkiyə 1,7 milyard dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 24 faiz çoxdur” – deyə nazirlikdən əlavə edilib.

Qeyd olunub ki, son 12 ay ərzində Türkiyə 20,7 milyard dollar məbləğində hazır geyim ixrac edib.