Ən ucuz “iPhone 14” ala biləcəyiniz ölkələr - SİYAHI

12:16 - 24.05.2023


24 may, Fineko/abc.az. Dünyada artan məzənnə və vergi dərəcələri səbəbi ilə “iPhone” qiymətləri günü-gündən artır. Bu vəziyyət qlobal miqyasda bütün istehlakçıları daha sərfəli alış seçimlərinə aparır.

ABC.AZ İndex-ə istinadən xəbər verir ki, “Apple Store”dakı satış qiymətlərini əsas götürüb və həmin ölkələrdəki “Apple Store” mağazalarından “iPhone 14” almaq istədiyiniz zaman ödəyəcəyiniz qiymətləri araşdırıb.

ABŞ-da vəziyyət bölgəyə görə dəyişir. Çünki hər bölgənin öz vergi sistemi var. Bu məsələni nəzərə alsaq, Amerikada “iPhone 14” almaq istəyəndə ən azı 850 dollar ödəmək lazımdır.

“iPhone 14″ün ən ucuz satıldığı ölkələrin başında Avstraliya gəlir. Avstraliyadan “iPhone 14” almaq istədiyiniz zaman “Apple Store” əməkdaşı sizdən 848 dollar istəyəcək. Çin və Cənubi Koreya ikinci yerdədir. Bu iki ölkədə “iPhone 14” almaq istədiyiniz zaman 857 dollar tələb olunacaq. ABŞ-la müqayisədə Tayvan və Yaponiya da sərfəli variantlardan sayılır. Hər iki ölkədə qiymətlər bölgədən bölgəyə fərqli olsa da, “iPhone 14” 830-840 dollar arasında qiymətə satılır.

“iPhone 14″ün ən bahalı satıldığı ölkələr isə Türkiyə və Braziliyadır.

Türkiyədə “iPhone 14” 1500 dollara satılır. Braziliya 21 dollarlıq fərqlə Türkiyəni qabaqlayır. Bir sözlə, “iPhone 14″ün ən baha satıldığı ölkə Braziliya, ikinci yerdə Türkiyədir.