"AzPetrol LTD" MMC barəsində inzibati protokol tərtib edilib

17:25 - 18.05.2023


18 may, Fineko/abc.az. "AzPetrol LTD" MMC barəsində gömrük qaydaları əleyhinə olan inzibati xəta protokolu tərtib olunub.

ABC.AZ xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə görə  Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər 1 000 manat məbləğində, hüquqi şəxslər 1 500 manat məbləğində cərimə edilir.

İşə Bakı Şəhər Səbail Rayon  Məhkəməsində hakim Ülviyyə Şükürova təyin edilib.