Son 4 ayda Azərbaycana bu qədər düyü idxal edilib

15:33 - 18.05.2023


18 may, Fineko/abc.az. 2023-cü ilin yanvar-aprel aylarında Azərbaycana 23 milyon 957 min dollar dəyərində düyü idxal edilib. Bu isə sözügedən dövrdə 27 min 023 ton düyü idxal olunması deməkdir.

ABC.AZ xəbər verir ki, bu, Dövlət  Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyətləri Haqqında aylıq hesabatında bildirilir.

Qeyd edək ki, 2022-ci ilin eyni dövründə Azərbaycana 15 milyon 992 min dollar dəyərində 20 min 063 ton düyü idxal olunmuşdu.