11:08 - 15.05.2023
15 may, Fineko/abc.az. Bu ilin yanvar-aprel aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 9 milyard 852,1 milyon kVt/saat elektrik enerjisinin istehsalı olub.
ABC.AZ xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov özünün tvitində bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% çoxdur.
Nazir bildirib ki, bu müddət ərzində elektrik enerjisinin ixracı 1 milyard 244,1 milyon kVt/saat, idxal isə 41,1 milyon kVt/saat təşkil edib.