SOCAR Bolqarıstana qaz tədarükü üçün lisenziya aldı

12:10 - 12.05.2023


12 may, Fineko/abc.az. SOCAR Bolqarıstanda təbii qaz ticarəti üçün lisenziya alıb.

ABC.AZ İnterfax-a istinadən xəbər evrir ki, bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.

“Bolqarıstanın Enerji və Su Tənzimləyici Komissiyası SOCAR-a təbii qaz ticarəti üçün lisenziya verib”, - deyə məlumatda bildirilir.

Lisenziya 10 il müddətinə verilib.