10:47 - 11.05.2023
11 may, Fineko/abc.az. Çində istehlak qiymətləri aprel ayında keçən ilin eyni ayı ilə müqayisədə cəmi 0,1 faiz artıb.
ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb.
Qeyd edilir ki, bu, 2021-ci ilin fevralından bəri görülən ən aşağı inflyasiya olaraq qeydə alınıb. Mart ayında isə qiymətlər illik müqayisədə 0,7 faiz artıb.
İqtisadçılar aprel ayında qiymətlərin illik 0,4 faiz artacağını proqnozlaşdırmışdılar.
Müəllif: Elmir Murad
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026