15:35 - 10.05.2023
10 may, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Dövlət Statistika Komitəsi inflyasiya və qiymət artımı ilə bağlı məlumat açıqlayıb.
ABC.AZ-ın məlumatına görə, bu ilin aprel ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyü, vafli, peçenye, mal və qoyun əti, yoqurt, xama, pendir, zeytun yağı, naringi, portağal, alma, balqabaq, yerkökü, soğan, şəkər, konfetlər, çay, mineral sular, pivə, tütün məmulatları, ucuzlaşma isə əsasən çörək, un, qarabaşaq yarması, təzə balıq, yumurta, süfrə marqarini, kərə, günəbaxan və qarğıdalı yağları, banan, kələm, xiyar, çuğundur, kartof, mərcinin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib. Bu ilin aprel ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, əvvəlki ilin aprel ayına nisbətən 111,3% təşkil edib.
20 Avqust 2026
20 Avqust 2026
18 Avqust 2026