Azərbaycan Dövlət Reklam Agentliyi zərərlə işləyib

15:27 - 8.05.2023


8 may, Fineko/abc.az. Azərbaycan Dövlət Reklam Agentliyi (ADRA) 2021-ci ili 254 min manat zərərlə başa vurub. Halbuki, Agentlik 2021-ci ildən 933 min manat mənfəətlə çıxmışdı.

ABC.AZ xəbər verir ki, ötən il ADRA-nın gəlirləri 6,12 milyon manat (illik müqayisədə 4,8% az), xərcləri isə 6,375 milyon manat (16% çox) təşkil edib.

Bu il yanvarın 1-nə ADRA-nın aktivləri 7,259 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,65% azdır. Ötən il Agentliyin öhdəlikləri 38,6% azalaraq 288 min manata, balans kapitalı isə 3,5% azalaraq 6,971 milyon manata düşüb.