Neft bahalaşır, Brent bir barel üçün $75,69 təşkil edir

09:25 - 8.05.2023


8 may, Fineko/abc.az. Neftin etalon markalarının qiyməti ötən həftənin sonunda azaldıqdan sonra bazar ertəsi keçirilən hərracda yüksəlir.

Londonun ICE Futures birjasında Brent markalı neftin iyul fyuçerslərinin qiyməti saat 09:20–də $0,39 (0,52%) artaraq bir barel üçün $75,69-a çatıb. 5 may ticarətinin nəticələrinə görə, Brent markalı neftin iyul ayı fyuçersləri $2,80 (3,86%) artaraq bir barel üçün $75,30-a yüksəldi.

Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində iyun ayı üçün neft fyuçerslərinin dəyəri 09:20-də $0,42 (0,59%) artaraq bir barelə $71,76-a çatıb. Mayın 5-də keçirilən hərracların nəticələrinə görə, WTI neftinin iyun fyuçerslərinin qiyməti $2,78 (4,05%) artaraq bir barelə $71,34-a çatıb.

Ötən həftə Brent markalı neft 6,26%, WTI neft isə 7,09% ucuzlaşıb.