12:34 - 4.05.2023
4 may, Fineko/abc.az. Azərbaycan şirkətlərinin Rusiyanın aparıcı pərakəndə satış şəbəkəsindən biri olan "X5 Group" ilə bağladığı ixrac müqavilələrinin dəyəri ildən-ilə artır.
ABC.AZ xəbər verir ki, Rusiyada 19 mindən çox mağazanı əhatə edən, ölkənin ən böyük satış şəbəkələrindən biri sayılan "X5 Group"a 2022-ci ildə Azərbaycandan 918,6 min ABŞ dolları dəyərində emal edilmiş qida məhsulları ixrac olunub.
Təkcə cari ilin ötən aylarında ixrac edilmiş məhsulun dəyəri 880,6 min ABŞ dolları təşkil edib. İndiyədək şəbəkə ilə "AzNar", "TAC-Gülüstan", "Agro-Azerinvest", "Zira Brightman", "Berg Energy", "Azərsun Holdinq" və "Abşeron-Şərab" şirkətləri ilə mineral və qazlı sular, alkoqolsuz energetik içkilər, konservləşdirilmiş tərəvəzlər, meyvə şirələri, şərab ixracı üzrə müqavilələr imzalanıb.
Sözügedən məhsullar şəbəkəyə aid 3 mindən çox mağazada təqdim olunur və indiyədək 865 min ədəddən çox yerli mal Rusiya istehlakçıları tərəfindən alınıb.
21 Avqust 2026
21 Avqust 2026
19 Avqust 2026